Ölkə

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

23 Fevral 2023 18:10
Baxış: 1 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab olunub.

Qərara əsasən, Bəxtiyar Hacıyevin həbs müddəti 2 ay uzadılıb.

Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin 2022-ci il 9 dekabr tarixli qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.