Ölkə

Gürcüstan nümayəndə heyəti hərbi hissələri ziyarət edib - FOTO

21 Fevral 2023 18:20
Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili Əməliyyat (Komando) və Hərbi Hava Qüvvələri (HHQ) hərbi hissələrini ziyarət ediblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə Komando hərbi hissəsinə gələn nümayəndə heyəti burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib.

Hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edildikdən sonra qonaqlar hərbi qulluqçular üçün yaradılan şərait və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində komandoların nümunəvi çıxışlarını izləyib.

Sonra nümayəndə heyəti HHQ-nin pilotsuz uçuş aparatları hərbi hissəsinə gələrək silahlanmada olan hərbi texnika ilə tanış olub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.