Ölkə

Hərbi attaşelər ADA Universitetində olublar - FOTO

18 Fevral 2023 13:19
Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə Nazirliyinin 2023-cü il üzrə tədbirlər planına əsasən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin ADA Universitetinə səfəri təşkil olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, burada yaradılan şəraitlə tanışlıqdan sonra qonaqlara universitetin tarixi, inkişaf mərhələləri, missiyası, gündəlik tədris prosesi, təhsil bazası, fəaliyyət istiqamətləri, eləcə də xarici ölkələrin universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlarla bağlı brifinq təqdim edilib.

Tədbirdə çıxış edənlər ADA-da tədris olunan fakültələr və ixtisaslar barədə danışıblar.
Hərbi attaşeləri maraqlandıran suallar universitet nümayəndələri tərəfindən cavablandırılıb.

Qonaqlar ziyarətin yüksək səviyyədə təşkil olunmasına görə ADA Universiteti və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.