Ölkə

Nazir Azərbaycanda tüğyan edən qripdən danışdı

20 Yanvar 2023 09:39
Baxış: 2 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda son vaxlar mövsümü qrip yayılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə naziri Teymur Musayev bu gün Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iki il ərzində pandemiya dövründə yaşayan cəmityətlərdə ənənəvi virus və bakteriyalar mübadiləsi pozulmuş və nəticədə ara-sıra mövsümü qriplər yayılıb.

"Buna görə də hazırlıq olaraq ölkəmizə qrip əleyhinə vaksinlər gətirilib və tibb müəsisələrinə paylanıb, - nazir deyib.

Nazir bildirib ki, dünyada baş verən son hadisələr səbəbindən dərman istehsalında istifadə olunan xammalın qiymətinin artırılmasına gətirib çıxarıb:

"Bu da müəyyən dərmanların qiymətində nisbətən artıma səbəb olur. Vəziyyət daim nəzarət altındadır. Lazımi tədarüklər görülüb, ehtiyac həcmləri təmin edilib. Dərmanların qiymətini Tarif Şurası müəyyən edir. Strateji baxımdan vacib olan dərmanların qiyməti nəzarət altındadır və bu tənzimlənir. Hazırda ölkədə hər hansı kəskin dərman qıtlığı yoxdur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.