Ölkə

Bakıda "Amazon" şirkətinin əməkdaşı olan Türkiyə vətəndaşı itkin düşüb

15 Yanvar 2023 17:31
Baxış: 1 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda "Amazon" şirkətinin əməkdaşı olan Türkiyə vətəndaşı itkin düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə yanvarın 14-də paytaxtın Yasamal rayonu, F.İbrahimbəyov küçəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə yaşayan "Amazon" internet şirkətində çalışan Türkiyə vətəndaşı, 1994-cü il təvəllüdlü Bedirhan Tanış Şinasi oğlu evdən işə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.