Ölkə

Mənzildə meyiti tapılan 4 nəfərin ölüm səbəbi bilindi - Rəsmi

13 Yanvar 2023 18:38
Baxış: 2 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində mərhumların ölümünə dəm qazından zəhərlənmənin səbəb olduğu müəyyən edilib.

Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyi yerli KİV-ə açıqlamasında ölən şəxslərin dəm qazından boğulması ilə bağlı ehtimalların aşağı olduğunu bildirmişdi. Qurumun şöbə rəisi İlkin Behbudovun sözlərinə görə, "Azəriqaz" əməkdaşları həmin 4 nəfərin qazdan boğulma ehtimalı ilə bağlı mənzildə ilkin araşdırma aparmış, smart tipli sayğacın üzərinə baxış keçirilən zaman sayğacın bloklanmış şəkildə olduğu, yəni qurğudan qaz keçmədiyini müəyyən etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.