Ölkə

Akif Təvəkküloğlu işdən çıxdı - Daha yüksək vəzifəyə təyin edildi

13 Yanvar 2023 11:05
Baxış: 5 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və İctimaiyyətlə ələqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

Milli.Az Manset.az-a istinadən bildirir ki, qurumun rəsmisi Əməkdar jurnalist, 2-ci dərəcə dövlət müşaviri Akif Təvəkküloğlu başqa bir yerdə daha yüksək vəzifəyə təyin olunduğuna görə işdən çıxıb. Akif Təvəkküloğlu Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri təyin edilib.

O, saytımıza açıqlamasında məlumatı təsdiq edib.

Bildirək ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovdur.

Qeyd edək ki, Əməkdar jurnalist Akif Təvəkküloğlu uzun illər AZTV-də işləyib. 2006-2020-ci illər isə Milli Məclisin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Daha sonra Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və İctimaiyyətlə ələqələr şöbəsinin müdiri təyin edilib. O fəaliyyəti dönəmində jurnalistlərə və mətbuata açıq olması ilə seçilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.