Ölkə

I Qarabağ müharibəsi dövründən qalan minalara da rast gəlinir - ANAMA

12 Yanvar 2023 15:40
Baxış: 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1-ci Qarabağ müharibəsi dövründən qalan mina və partlamamış hərbi sursatlar aşkar edilib.

ANAMA-dan verilən xəbərə görə, aparılan tədqiqat və minatəmizləmə əməliyyatları zamanı 1-ci Qarabağ müharibəsi dövründən qalan mina və partlamamış hərbi sursatlara da rast gəlinir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə yanvarın 1-dən 7-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 2 piyada əleyhinə mina, 7 tank əleyhinə mina və 203 Partlamamış Hərbi Sursat (PHS) aşkarlandığı barədə məlumat yayıb.

Qeyd edilib ki,195 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.