Ölkə

Vasif Talıbovun qaynanası nə zaman işdən çıxarılıb? - Rəsmi AÇIQLAMA

11 Yanvar 2023 13:34
Baxış: 4 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisnin keçmiş sədri Vasif Talıbovun qayınanasının işdən çıxarıldığı barədə məlumatlar yayılıb. Onun məhz Vasif Talıbova görə işdən çıxarıldığı bildirilib.

Milli.Az xəbər verir ki, Manset.az məsələ ilə bağlı açıqlama alıb. Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinin (VVADQ) hazırkı müdiri Leyla Camaləbəyova saytımıza bildirib ki, Sənufər Sultanova bir neçə il bundan qabaq işdən çıxıb.

"Hazırda Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinin (VVADQ) müdiri mənəm. Mən 2020-ci ildəm bura rəhbərlik edirəm. Məndən qabaq da burda müdir yox idi vəzifə icra edilirdi. Sənufər xanım uzun illər bura rəhbərlik edib, ancaq Sənufər Sultanova çoxdan işdən çıxıb. Onun son hadisələrlə və Vasif Talıbovla əlaqəsi yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.