Ölkə

Qərbi azərbaycanlıların siyahıya alınması bu qayda ilə aparılacaq - RƏSMİ

5 Yanvar 2023 16:21
Baxış: 1 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızla bağlı siyahıyaalma prosesi başlayıb.

Bunu Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar bu gün mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, ötən əsrdə Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın siyahıya alınması prosesi ilk olaraq 1988-1991-ci illərdə həmin ərazilərdən çıxarılanlarla bağlı aparılır. Bu tarixdə deportasiya olunan soydaşlarımızın əksəriyyəti həyatdadır. Onların şəxsiyyət vəsiqələri (pasport), həmçinin, Ermənistan SSR-də təhsil aldıqlarına dair, eləcə də mülkiyyətləri ilə bağlı sənədləri var.

Ü.Zülfiqar bildirib ki, xronologiya baxımından sonuncu deportasiya (1988-1991-ci illər) yaxın vaxtda baş verdiyindən işimizin daha sürətli getməsi üçün prosesə həmin dövrdən başlamışıq: "Həmin dövrdə azərbaycanlıların yaşadıqları 300 yaşayış məntəqəsindən 150-dən çoxunun əhalisi hazırda siyahıya alınıb və bu istiqamətdə iş davam etdirilir".

O qeyd edib ki, əlavə olaraq digər deportasiyalar (1905, 1918-1920, 1948-1953) zamanı ata-baba yurdlarından çıxarılan azərbaycanlılar da qeydiyyata alınır.

"Lakin hələ ki, əsas diqqət 1988-1991-ci illərdəki deportasiyaya yönəldilib. Bu proses yekunlaşandan sonra digər illərdə zərər görənlərin və onların varislərinin qeydiyyatı tam şəkildə aparılacaq", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.