Ölkə

Vasif Talıbov milyonluq retro maşınlarını təcili hara apardı? - VİDEO

30 Dekabr 2022 09:28
Baxış: 5 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun retro maşın kolleksiyası olması çoxlarına bəllidir.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Vasif Talıbov vəzifədən istefa verdikdən sonra bu maşınların yerini dəyişmək qərarına gəlib.

Belə ki, sözügedən retro maşınlar kolleksiyasına daxil olan avtomobillər bir neçə gün öncə Vasif Talıbova məxsus Bakının Atatürk prospektində yerləşən villadan təcili daşınıb. Bunun üçün onun evinin önünə bir neçə evakuator da cəlb olunub. Hazırda sözügedən maşınların "Gəmiqaya Holdinq"in ərazisinə gətirilməsi ilə bağlı iddialar var.

Qeyd edək ki, Vasif Talıbov istefa verdikdən sonra ona məxsus "Nəşqicahan" holdinqin tərkibindəki bir sıra ticarət obyektlərindəki mallar endirim adı ilə dəyər-dəyməzinə satılıb. Bundan başqa, Talıbovun Naxçıvanda yerləşən fermasında olan mal-qaranın da təcili kəsilərək satışa çıxarıldığı gələn xəbərlər arasındadır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.