Ölkə

Vilayət Eyvazov iki polis şöbəsi ilə bağlı əmr imzaladı

29 Dekabr 2022 12:33
Baxış: 2 095
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda iki polis şöbəsinin statusu dəyişdirilib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Bakı Metropoliteninin Mühafizəsi Üzrə Polis Şöbəsinin və Bakı şəhər Pirallahı Rayon Polis Şöbəsinin statusu ləğv edilib. Hər iki şöbəyə idarə statusu verilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun son əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin nəzdindəki rayon polis idarələrinin sayı 12-yə çatıb.

Qeyd edək ki, idarə şöbədən daha yuxarı səlahiyyətli struktur hesab olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory