Ölkə

Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi başlanılıb

29 Dekabr 2022 10:59
Baxış: 1 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi başlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Hüseynov Əhməd Həsən oğlu barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə Səbail Bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş kimi tanınıb.

İş üzrə zərərin 1 milyon manatdan çox olduğu bildirilir.

Hazırda cinayət işi istintaq başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Məhəmməd Əkbərovun icraatına verilib.

Qeyd edək ki, Əhməd Hüseynov uzun müddət Səbail Bələdiyyəsinin sədri olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.