Avtomobillərin gətirilməsi ilə bağlı gömrük qaydaları dəyişir - Yenilik nəyə kömək edəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Minik avtomobillərinin Azərbaycana idxal olunması zamanı gömrükdə onlayn bəyan edilməsi planlaşdırılır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı bildirmişdi ki, gələcəkdə minik avtomobillərinin də bəyan edilməsinin elektron qaydada tətbiq edilməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekxpert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, əgər bu qayda tətbiq olunarsa, avtomobillərin gömrük rəsimləşdirilməsi sürətlənəcək.
"Hazırda bu proses təqribən bir-iki gün çəkir, lakin avtomobillərin bəyan edilməsi elektron qaydada tətbiq edilərsə, düşünürəm ki, avtomobillərin gömrük rəsimləşdirilməsi bir neçə saat çəkə bilər, ancaq mexanizmin necə işləyəcəyi barədə indidən dəqiq fikir söyləmək çətindir", - deyə o qeyd edib.
Ə.Hüseynov hesab edir ki, elektron qaydanın tətbiq edilməsi avtomobil qiymətlərinə təsir etməyəcək. "Düşünürəm ki, elektron qaydanın tətdiq edilməsinin gömrük ödənişlərinə heç bir aidiyyatı yoxdur. Ona görə də avtomobillərin qiymətində hər hansı dəyişiklik olacağını söyləmək doğru deyil. Bu mexanizm avtomobillərin gömrük rəsimləşdirilməsini həm asanlaşdıracaq, həm də tezləşdirəcək", - deyə ekspert əlavə edib.
Qeyd edək ki, artıq avtomobillərə Avro-4 ekoloji standartının verilməsi prosesi elektronlaşdırılıb. Belə ki, əvvəl avtomobil sahibi ərzidə yazırdı, avtomobili göstərirdi, lakin indi bunu etməyə, avtomobili gömrüyə aparıb gözləmyə gərək yoxdu.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
XƏBƏR LENTİ
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib





