Ölkə

Ucarda 16 yaşlı qız ərə verilib

19 Dekabr 2022 12:32
Baxış: 1 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, toy şənliyi dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib.

Belə ki, kənd sakini 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.

Məlumata görə, bir həftə əvvəl cütlüyün qız toyu olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov "Report"un yerli bürosuna bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.