Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun həbsdən çıxdıqdan sonra ilk görüntüləri yayılıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı milli qəhrman İbad Hüseynov öz feysbuk səhifəsində paylaşım edib. O, paylaşımda Vəli Ələsgərovla birlikdı Heydər Əliyevin məzarını ziyarət etdiklərini yazıb və Fəxri Xiyabandan fotolar paylaşıb.
Qeyd edək ki, general-mayor V.Ələsgərov 15 il Naxçıvan MR-in milli təhlükəsizlik naziri olub. 2016-cı ildə həbs edilib. Bu ilin sentyabrında azadlığa buraxılıb.
Milli.Az