Ölkə

Mədəniyyət Nazirliyinin həbs olunan şöbə müdirinin nədə ittiham olunduğu məlum oldu

4 Noyabr 2022 11:50
Baxış: 3 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün əvvəl həbs edilən Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun nədə ittiham olunması məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, nazirliyinin şöbə müdiri xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

İlkin Nəsibova Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, İlkin Nəsibov Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun barəsində Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, əməliyyat zamanı mədəniyyət nazirini birinci müavini Elnur Əliyevin də istintaqa cəlb olunub. Lakin onun barəsində hər hansı bir qətimkan növünün seçilməsi ilə bağlı məlumat yoxdur.

Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.