Ölkə

Bakı-Quba yolunun təmirdən sonra nə vaxt istifadəyə veriləcəyi məlum olub - VİDEO

24 Oktyabr 2022 09:41
Baxış: 2 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deformasiyaya uğramış Bakı-Quba yolunun yenidən qurulması işləri davam etdirilir.

Milli.Az xəbər verir ki, yenidənqurma işləri çərçivəsində yolun köhnə örtüyü qazılaraq çıxarılıb və yeni yol yatağı inşa edilib.

Bundan sonra isə asfalt-beton örtüyünün döşənməsinə başlanıb.

Hazırda əsas asfaltlama işləri Bakı-Quba yolunun 77-87-ci kilometrliyində aparılır.

Təmir çərçivəsində yola daha qalın asfalt örtüyü vurulur. Sözügedən hissədə işlərin noyabr ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

Asfaltlanma işlərindən sonra yol nişanları qoyulacaq və xətləmə işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ümumilikdə Bakı-Quba yolunun deformasiyaya uğramış 66 kilometrlik hissəsində təmir işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Ətraflı Xəzər TV-nin süjetində:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.