Ölkə

Bakıda zavodda güclü yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

14 Oktyabr 2022 10:52
Baxış: 2 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

10:52

Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

---------
10:18

Binəqədi rayonunda yanğın olub.

Milli.Az xəbər verir ki, 8-ci mikrorayon Naxçıvani küçəsi 55 ünvanında yerləşən zavodda başlayan yanğın güclü alovla müşahidə edilib.

Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

FHN-dən Milli.Az-a verilən xəbərə görə, nazirliyin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.