Ölkə

Bakıda bu yollarda təmir işləri gedəcək: 15 avtobusun hərəkəti dəyişdiriləcək

8 Oktyabr 2022 12:28
Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Bakının R.Cəfərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar həmin küçədə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 13 sayda müntəzəm marşrutun (7A, 7B, 9, 61, 67, 79, 83, 92, 119, 165, 199, 205 və 211 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bununla yanaşı, oktyabrın 10-da Ə.Rəcəbli küçəsinin C.Xəndan küçəsi ilə kəsişməsindən "Amor" şadlıq sarayına qədər olan hissədə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 2 müntəzəm marşrutun (2 və 33 nömrəli) hərəkəti alternativ küçələrlə ( C.Xəndan, Ş.Məmmədova, S.S.Axundov küçələri) təşkil ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.