Sürücü tabe olmadı, polis zor tətbiq etdi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə polislə sürücü arasında daha bir insidentin görüntüləri yayılıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, videoda sürücü yol patrul xidmətinin əməkdaşları tərəfindən ona zor tətbiq edildiyini bildirir. Polis sürücüdən avtomobildən düşməsini, tabesizlik göstərməməsini tələb edir. Daha sonra polis əməkdaşlarından biri əlini avtomobilin pəncərəsindən içəri salır, sürücü isə maşının pəncərəsini qaldırır və polis əməkdaşının əli pəncərədə sıxışıb qalır. Bu zaman digər polis zabiti pəncərədən əlini salaraq sürücüyə zor tətbiq edir və ondan pəncərəni aşağı endirməsini istəyir. Sürücüyə "əli qırıldı, aç qapını, qudurmusan sən, polisi girov götürürsən, təhqir edirsən?" deyərək ona əli ilə zərbələr vurur. Daha sonra digər polis əməkdaşı arxa qapıdan maşına oturur.
Görüntülərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, görüntü yeni deyil:
"Sürücü 90 DH 093 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Mehdiyev Səməndər Rizvan oğludur. Taksi fəaliyyəti ilə məşğul olub. Avtomobilinin üzərində 3 ayı tamam olmuş cərimələrinə görə həbs qərarının olduğu ona izah edilib. Bildirilib ki, qanunun tələblərinə görə avtomobil duracağa aparılmalıdır. Sürücü əvvəl razılığını bildirib, daha sonra avtomobilə əyləşərək, qapıları bağlayıb həmin yerdən uzaqlaşmağa çalışıb. Bu zaman polis əməkdaşı əlini qapıya atanda ayağı ilə onun əlini sıxır və çəkiliş edib gərginliyi məqsədli şəkildə öz xeyrinə göstərməklə qanuni işini görən polisi nüfuzdan salmağa çalışır.
Şəxs aidiyyəti üzrə ərazi polis bölməsinə aparılıb. Nizami Rayon Məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə tabe olmadığı üçün barəsində 10 sutka həbs qərarı verilib. Daha sonra isə himayəsində azyaşlı uşaq olduğunu əsas tutaraq məhkəmə qərarından apellyasiya şikayəti verib. Cəza növü cərimə ilə dəyişdirilib.
Polis qanuna tabe olmayan şəxsin özbaşınalığına hüquqi qiymət verərkən çətin anlar yaşana bilər. Lakin hər hansısa çəkiliş və ya digər bu tip video materiallara görə öz işinə qarşı qətiyyətli münasibətini dəyişməməlidir. Hərə əlinə bir kamera götürüb polisin işinə müdaxilə edib nizam-intizama təsir etməyi düşünürsə, yanılır. Belə əməllərdənsə, qanunların tələbini vaxtında icra edib vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik".
Xatırıadaq ki, ötən gün də Bakıda "Axundov bağı"nın yanında sürücü ilə DYP əməkdaşı arasında bənzər insident yaşanmışdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aygün Kazımova evindən video paylaşdı
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
XƏBƏR LENTİ
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Sveta Əsədova vəfat etdi - (Foto)
-
“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
Müəllimlər üçün geyim qaydaları açıqlandı
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı





