Apteklərdə KARTLA ÖDƏNİŞ problemi: Qaytarılan dərmanların pulu nə zaman verilməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Biz aptekdən 20 manata dərman almışıq. İndi isə dərmanı qaytarmaq istəyirik, ödənişi də kartla etmişik. Amma aptek ödənişi geri qaytarmaq istəmir. Gah deyirlər ki, ödəniş 5-15 dəqiqə, gah da 3-7 gün ərzində karta geri qaytarılacaq. Dərmanlar da bahalaşıb, son pulumuzu bu dərmana vermişik, indi qalıb onlarda, bilmirik nə edək..."
Milli.Az bildirir ki, Bizim.Media Nigar Ramazanlı adlı Bakı sakininin şikayətinə əsasən xəbər verir ki, problem hələ də həllini tapmayıb. Əslində bu cür hallar çox adamın başına gəlir. Hazırda nağdsız ödənişlərin təşviqinin aparıldığı bir vaxtda bu vacib nüanslar insanları bu prosesdən çəkindirir.
Hüquqşünas Əsabəli Mustafayev mövzu ilə bağlı açıqlama verib. Mütəxəssisin sözlərinə görə, ödənişlərin geri qaytarılması hər hansı səbəblə məhdudlaşdırıla bilməz:
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda bildirilir ki, 14 gün müddətində pərakəndə ticarət mərkəzindən alınmış mallar geri qaytarılması mümkündür. Əgər onlarda hər hansı qüsur, nöqsan tapılıbsa və həmin ticarət obyektindən alınmasını təsdiq edən qəbz saxlanılıbsa, rahatlıqla istehlakçı aldığı məhsulu geri qaytara bilər. Dərman preparatları da həmçinin buraya daxildir.
Sözügedən qanunda bunu qadağan edən hər hansı müddəa yoxdur. Sadəcə şəxsi gigiyena və yenidən satışı mümkün olmayan məhsulların geri qaytarılması qadağan olunur. Pulun karta geri qayıtması məsələsinə gəldikdə isə bu 14 günə qədər çəkə bilir.
Aptek sizə məhsulun qaytarılması barədə çeki təqdim edibsə, apteklik bir iş qalmayıb bank bu zaman ödənişi karta geri qaytarmalıdır", - deyə Ə.Mustafayev qeyd edib".
Bu əsnada bir neçə apteklə əlaqə saxladıq. Onların da bildirdiyi məlumata görə, geri qaytarılan dərmanlar ödəniş qəbzi ilə birlikdə tələb olunur:
"14 gün ərzində alınan dərmanlar ödəniş qəbzi ilə birlikdə bizə təqdim olunmalıdır. Çox zaman alıcılar kartla ödəniş etdikdən sonra verdiyimiz ödəniş qəbzini götürmürlər və ya itirirlər artıq bu zaman problem yaranmağa başlayır. Lakin heç bir problem olmadığı təqdirdə, geri qaytarılan məhsulun ödənişi olduğu kimi geri qaytarılır. Geri qaytarılan nağdsız ödəniş işə 7 iş günü ərzində kartın balansına köçürülür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aylar sonra oğluna qovuşdu - FOTO
-
Bunları edin, gün boyu enerjili QALIN
-
Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma
-
Arzu molekulu: Beyninizin gizli mühərriki dopamini idarəetmə təlimatı
-
Kral III Çarlzın ürək və dəri üçün faydalı, əlçatan səhər yeməyi
-
İnfantinonun zarafatı italiyalı nazirin xoşuna gəlmədi
-
Hidayət Orucov vəfat edib
-
Tovuzda qəza oldu - Ölən var
-
Şamaxıda Barbekü Festivalının birinci günü - FOTO
-
Almaniyada II Dünya müharibəsindən qalmış özüyeriyən artilleriya qurğusu tapılıb
-
Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq
-
Tuğba milyonluq əmlakını dövlətə bağışlayacaq
-
Serdar Ortaç səhhəti ilə bağlı iddialara cavab verdi
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
İsrail 12 günlük müharibədə məqsədinə çata bilməyib - Pezeşkian
-
İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq - Tramp
-
Şəhid anası vəfat etdi
-
Hörmüzdə göstərilən xidmətlərə görə haqq alınmalıdır - Bəqai
-
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
-
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
-
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
-
Bir gündə ABŞ-nin qəhrəmanına çevrilən Baloqanın maraqlı həyat hekayəsi
-
ABŞ ona viza vermədi
-
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO - VİDEO





