Ölkə

"Atası uşağı 3 min manata satdı"

19 Sentyabr 2022 15:01
Baxış: 838

Bakı Ağır Cinayətlər Məhkəməsində uşaq oğurluğunda suçlanan Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, o uşağı oğurlamayıb, valideynləri azyaşlını ona pul müqabilində satıb.

"Mənə qarşı irəli sürülən bu ittiham yalandır. Uşağı öz atasının razılığı ilə götürüb aparmışam.

Uşağı atası satıb. Məhəmmədə görə atasına 3 min manat pul vermişəm. O uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Nə vəziyyətdə idilər. Mənim niyyətim o uşağın qayğısına qalmaq, normal şəraitdə böyütmək olub".

O, əlavə edib ki, uşağı gizli şəkildə aparmayıb, həmin vaxt ailənin başqa üzvləri də evdə olub.

İttihama görə, 2021-ci ilin dekabrında Sabunçu qəsəbəsində 2-yaşlı Məhəmməd Şıxəliyev oğurlanıb. Hüquq mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində uşağın yeri yanvarın 8-də müəyyənləşdirilib.

Gültəkin Muradova şübhəli şəxs qismində saxlanılıb. O Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu - yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur.

Milli.Az 

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics