Ölkə

Şəhid Vadim və ürəktutmadan vəfat edən atası dəfn olundu - VİDEO

14 Sentyabr 2022 10:15
Baxış: 3 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Vadim Qocayev və övladının şəhid xəbərinə dözməyərək vəfat edən atası Alik Qocayev dəfn olunublar. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, V. Qocayevin Azərbaycan bayrağına bükülmüş cənazəsi ilə yanaşı ürəktutmadan vəfat edən atasının da cənazəsi yaşadıqları Binəqədi rayonunda torpağa tapşırılıb. 

Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Vətən müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı və doğulmamış körpəsi var. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.