Ölkə

Azərbaycanda iki dəhşətli qəza: ölənlər var - Ətraflı VİDEOda

4 Sentyabr 2022 09:52
Baxış: 2 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gecə saatlarında Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini 37 yaşlı Vüsal Babayevin idarə etdiyi  avtomobil idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı rabitə dirəyinə çırpılıb, sonra isə kanala düşüb.

Nəticədə avtomobildə olan Vüsal Babayev və oğlu xəsarət alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Amma Vüsal Babayev xəstəxanda dünyasını dəyişib.

Qeyd edək ki, Vüsal Babayev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin keçmiş inispektoru olub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Xaçmazda da polis əməkdaşı qəzada ölüb.

DİN mətbuat Xidmətinin yaydığı məlumata görə, Nabran kəndi ərazisində Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadənin idarə etdiyi avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza xidmət vaxtı baş verməyib. Nəticədə Elvin Mürsəlzadə hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.