Ölkə

Göyçaydakı qalmaqalla bağlı araşdırma başlanıldı - VİDEO

2 Sentyabr 2022 11:15
Baxış: 3 163
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçay rayon Uşaq Musiqi Məktəbində baş verən hadisə ilə bağlı məsələ Mədəniyyət Nazirliyi tərəfindən araşdırılır.

Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

"Yaxın günlərdə ictimaiyyətə daha geniş məlumat veriləcək", - qurumda qeyd ediblər.

Qeyd edək ki, Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb. Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimələr etiraz edərək onu məktəbdən qovublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.