Ölkə

FHN əməkdaşları qanunsuz neft çıxaranları yaxaladı - VİDEO - FOTO

1 Sentyabr 2022 10:22
0 Şərh     Baxış: 2 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə Tərtər rayonunun Seyidimli kəni ərazisində uzun müddət konservə edilmiş neft quyularından kustar üsulla nefti əldə edərək kanisterlərə yığılması və satışı məqsədilə minik avtomobilinin yük hissəsində daşınmasını həyata keçirən şəxslər müəyyən edilib.

Qanunsuz fəaliyyətlə məşğul olan şəxslər 20 quyudan yanğın təhlükəsizliyinin tələblərinə zidd olaraq neftin əldə edilməsi, yaşayış yerinin həyətyanı sahəsində yığılması və daşınması, yanğın təhlükəsi yaratmaqla baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılması, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur.

Azərbaycanda yanğın təhlükəsizliyinin tələblərinə zidd olaraq qanunsuz xam neftin yığılmasını, daşınmasını və saxlanmasını təmin etmiş Hüseynov Nazim Şirin oğlu və Hümbətəliyev Eyvaz Cəbrayıl oğlu barəsində FHN-nin Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı müraciət edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.