Ölkə

Siyəzəndə yanğın lokallaşdırılıb

20 Avqust 2022 18:52
0 Şərh     Baxış: 619
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Siyəzən ərazisində baş verən yanğın lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var.

Milli.Az xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.

O qeyd edib ki, Siyəzən rayonunun Allahyarlı kəndindən başlayan yanğın isti hava və külək nəticəsində meşə ərazisinə keçib və nəticədə 2 hektar meşə fondu ərazisinə ziyan dəyib. Tüstülənən ərazilərin söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir: "Yanğının söndürülməsində nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı iştirak edib".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.