Ölkədən qaçdığı deyilən polkovnik işdən çıxarıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir müddət öncə barəsində ölkədən qaçdığı ilə bağlı məlumat yayılan polkovnik Fikrət Ələsgərli işdən çıxarılıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Bakupost.az yayıb.
O, Dövlət Gömrük Komitəsinin həbs edilən idarə rəisi, general Məsum Rəsulovun müavini olub və DGK-nın sabiq sədri Səfər Mehdiyevin kadrlarından hesab olunur.
Fikrət Ələsgərli sayta açıqlamasında bildirib ki, 23 illik fəaliyyətdən sonra öz istəyi ilə işdən gedib: "23 illik bir həyat yolu artıq geridə qaldı. Gömrükçü olaraq böyük bir yol qət etdim. Həyat və peşə təcrübəsi aldım. Dünən peşə fəaliyyətimə son verdim, bu gün isə əmrim çıxdı. Artıq təqaüdçüyəm".
Polkovnik qeyd edib ki, bundan sonra fəaliyyətini iş adamı kimi davam etdirəcək: "İrəli baxaraq, təcrübəmi biznes həyatında davam etdirmək qərarına gəldim. İnşallah, bu yolda da alnıaçıq fəaliyyət göstərərək gömrüklə əlaqəli olan biznes subyektlərinə xeyrim dəyər".
Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov 3 ay müddətinə həbs edilib.
Həmin əməliyyatdan sonra M. Rəsulovun müavini Fikrət Ələsgərlinin ölkəni tərk etdiyi barədə məlumat yayılmışdı. Bu isə DGK məmurlarının həbs olunduğu bir vaxtda onun ölkədən qaçdığı barədə ehtimalları gündəmə gətirmişdi. Lakin F.Ələsgərli iddiaları təkzib etmişdi. O, ölkədən istirahət məqsədi ilə ayrıldığını bildirmişdi: "Ölkədən qaçmaqdan söhbət gedə bilməz. Bu ayın 15-i ailəmlə birgə Antalyaya istirahətə gəlmişəm, 25-i isə ölkəyə geri qayıdacağam".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
XƏBƏR LENTİ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Neftimiz bahalaşdı
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
-
Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
XİN ABŞ-ni təbrik edib
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)





