Ölkə

DYP sürücülərə müraciət etdi

8 İyul 2022 09:22
0 Şərh     Baxış: 1 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Milli.Az-a bildirilib ki, Qurban Bayramı günlərində yol polisi gücləndirilmiş qaydada xidmət göstərəcək:

"Dəyərli xalqımız islam dünyasının böyük rəğbətlə qeyd etdiyi, hər bir müəsəlman üçün əziz olan Qurban bayramınızı təbrik edir və bu bayram günlərini təhlükəsiz şəraitdə keçirilməsini arzu edirik. Bayram günlərində bir sıra yol hərəkəti qaydalarını unutmamağı, əsasən yolların hətəkət istiqamətlərinin zəbt edilərək dayanma durma tələblərini pozmamağı və digər vətəndaşlarımızın rahat və fasiləsiz hərəkətlərinə maneyə yaratmamağı. Uzaq məsafələrə səfərlər zamanı yuxu və istirahət rejimlərinə əməl etməyi, səfər öncəsi avtomobillərinizin sazlığına diqqət yrtirməyi xahiş edirik! Hər birinizin rahatlığının təmin olunması üçün bütün bayram günləri xidmətimizi gücləndirilmiş qaydada təmin etməyimizin bir məqsədi var oda Sizin təhlükəsizliyinizin yüksək səviyyədə təmin olunmasıdır. Bir daha hər birinizə xoş istirahətlər və neqativ hallarla yadda qalmayan bayram arzu edirik!".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.