Ölkə

İsmayıllıda Vətən müharibəsi veteranı qəzaya düşərək ağır xəsarət alıb - FOTO

24 İyun 2022 12:45
0 Şərh     Baxış: 1 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllı rayonunda Vətən müharibəsi veteranı qəzaya düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Belə ki, VAZ-2107 markalı avtomobil VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2107-nin sürücüsü 2000-ci il təvəllüdlü Oruc Məlikov Nazim oğlu ağır bədən xəsarətləri alıb. Yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, vəziyyətinin ağır olması və xəstəxanada lazimi tibbi avadanlıqların olmaması səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada əməliyyat olub. Hazırda reanimasiyadadır. Vəziyyət sabitdir.

Qeyd edək ki, Oruc Məlikov Prezident İlham Əliyevin sərəncamı ilə "Cəbrayılın azad olunamasına görə" medalı ilə təltif edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.