Ölkə

Bakıda supermarketin xanım müdirini ölümlə hədələdilər

22 İyun 2022 10:52
0 Şərh     Baxış: 2 053
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən supermarketlərdən birinin müdiri ölümlə hədələnməsi ilə bağlı polisə müraciət edib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Dadaş Bünyadzadə küçəsində yerləşən "Rahat" supermarketin rəhbəri, 1983-c il təvəllüdlü Y.A. işlədiyi yerə gələn şəxsin onu hədələdiyini bildirib.

Şikayətçinin sözlərinə görə, marketə gəlmiş 1977-ci il təvəllüdlü R.Əlizadə onu təhqir edib və öldürəcəyini deyib.

Marketlər şəbəkəsinin məsul əməkdaşının 102-yə müraciətindən sonra o, ərazi üzrə 29-cu Polis Şöbəsinə dəvət edilib.

Müraciətlə bağlı araşdırmalar aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.