Ölkə

Qarabağda 11 min hektarda yanğın olub

16 İyun 2022 11:45
0 Şərh     Baxış: 1 132
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşğaldan azad edilmiş ərazilərdə indiyə qədər 11 min hektara yaxın ərazidə yanğın olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Fövqaladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev "Meşə yanğınlarına birgə operativ cavab tədbirlərinin qiymətləndirilməsidir" adlı təlimdə çıxışı zamanı deyib.

O bildirib ki, yanğınların qarşısı Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və yerli icra nümayəndələrinin köməyi ilə alınıb.

Nazir müavini onu da qeyd edib ki, həmin ərazilərdə yanğınların söndürülməsində müəyyən çətinlik yaranır:

"Buna səbəb həmin ərazilərin bir çoxunun minalanmış sahə olmasıdır. Biz işğaldan azad olunan ərazilərdə yanğının söndürülməsində dünya və Avropa təcrübəsindən istifadə edirik. Lakin azad olunmuş ərazilərdə biz yanğın söndürən helikopterlərdən çox istifadə bilmirik. Çünki, helikopter alçaqdan uçan zaman su tökmə əməliyyatının icrası daha uğurlu olur. Ərazi minalanmış ərazi olduğundan helikopterlərdən aşağıdan uçuş edə bilmir. Buna səbəb də yanğınlar zamanı minaların partlamasıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.