Ölkə

Bu şəxslərə ŞAD XƏBƏR - Evlərin əvəzinə yenisi tikiləcək

8 İyun 2022 18:07
0 Şərh     Baxış: 1 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Astara rayonu, Şümrüd kəndinin ərazisində 18 yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Milli.Az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Ricon" MMC-dir.

Qalib şirkətə 1 milyon 648,2 min manat ödəniləcək.

Qeyd edək ki, evlər Şümrüd kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün tikilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.