Ölkə

18+ görüntülərə görə Filarmoniya bağındakı məkanın fəaliyyəti dayandırıldı

2 İyun 2022 19:08
0 Şərh     Baxış: 2 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədəniyyət Nazirliyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində əyləncə mərkəzinin fəaliyyət göstərməsinə münasibət bildirib.

Nazirlikdən Milli.Az-a verilən məlumata əsasən, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən "UFFO" restoranında çəkilmiş videokadrlar mətbuatda geniş əks səda doğurub.

"Restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınıb və məlum hadisədən sonra müqaviləyə xitam verilərək həmin məkanın fəaliyyəti dayandırılıb, enerji təchizatı kəsilib. Filarmoniyanın rəhbərliyi tərəfindən həmin ərazidə asayişin qorunması məqsədilə hüquq mühafizə orqanlarına müraciət edilib və bununla bağlı lazımi tədbirlər görülərək ölçü götürülüb. Bildiririk ki, hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz", - məlumatda vurğulanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.