Ölkə

Gənclər niyə evlənmək istəmir?

24 May 2022 17:30
4 Şərh     Baxış: 860

"Ölkədə evlilik yaşı qocalır".

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi bildirib.

Onun məlimatına görə, əvvəllər 17-18 yaşında qızlar, 22-27 yaş aralığı oğlanlar ailə həyatı qururdusa, indi qızlarda bu 28, oğlanlarda isə 30 yaş üzərindədi:

"Əslində bu tandem gələcək üçün xoş vəd vermir. Erkən nikaha qarşıyam, amma yuxarı yaşda evlilik də normal qəbul edilməməlidir. Bu tendensiya davam etsə, nəsillər arası uçuruam yaranacaq. Hərbi xidmət, ali təhsil, bir sözlə bütün istiqamətlərdə çatışmazlıq olacaq".

Sosioloq Əhməd Qəşəmoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, gənclərin gec ailə qurmasının müxtəlif səbəbləri mövcuddur:

"Problemə kompleks baxmaq lazımdır. Ailə qurmağa təsir edən amillər var. Onlardan biri iqtisadi, biri isə mənəvi məsələlərdir. Ailələrdə hər yüz nigaha 32 boşanma düşürsə, bu özü ailə quranları qorxudur, insanlar tərəddüd edir. Sosial müdafiə məsələlərinə diqqət edilmir. Uyğun dövlət qurumları bununla bağlı fəaliyyət proqramları hazırlamalıdır. Bunu edən yoxdur. Cəmiyyətdə ailə dəyərləri haqqında artıq belə fikirlər xaotik bir vəziyyətə gəlib. 30-50 il bundan əvvəl ailə quranlar bilirdi ki, kişinin və qadının qarşısında hansı vəzifələr dayanır. İndi teleserillar və sosial şəbəkələrin bu sahədə yaratdığı bir qarışıqlıq var".

Əhməd Qəşəmoğlu deyir ki, evlənən gənclərin ailə barədə təsəvvürü yoxdur: "Bura həm də mühitdə baş verən məsələlər də aiddir. Hər bir ailənin qurulmasında insanların aldığı informasiya ilə yanaşı mühütdə rol oynayır. Bu sahələrdə kifayyət qədər problemlər var. Bu problemlərin arzuolunan şəkildə həll olunması üçün ölkəmizdə Elmi Təhlil Mərkəzləri olmalıdır. Orada qohum- tanışlar deyil, sahəni bilən mütəxəsislər işləməlidir. Məsələlər başlı-başına qalıb, belə olan halda gənclər də evlənmək istəmir".

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Papatya · 24 May 17:5930

    Niyə maddi problemlərə toxunmursunuz bes? iş imkanlarından söz açılmır. Hansı gənc ozu sərbəst işləyib ev ala bilir? çox azi. Alanlar da ata, ana dəstəyi ile ve.s. Almaq istəsə ipoteka şərtləri məlumdur. Kirayədə qalsalar heç olmasa duz əməlli maaşi olmalidir ki, artiq pul qalib ərzaq ala bilsin. Uşaq dünyaya gələndən sonra hansi dəstək var? heç bir. Keçen qohum uşağını bağçaya qoymaq istəyirdi, ele bil Oxforda tələbə qoyur. goturende bu qədər, ayda bu qədər ve.s ondansa özələ qoyaram dedi.

    Cavab yaz
  • Anonim
    Sinir · 24 May 18:5930

    Puah... indi ağıllarına gəldi bunu fikirləşmək. Mən deyimdə səbəbləri. İşsizlik, işləyənlərində hüquqlarının pozulması, aşağı maaşla 8 saatdan çox işləməsi və s. Təhsil sahəsindəki xərclər. Bəzi ailələr uşağına yaxşı təhsil versin deyə 1 uşaqla kifayətlənirlər. Ailələr varki ərdə, arvadda işləyir yenədə normal dolana bilmirlər. Qiymətlər sürətlə qalxır, bahalaşma baş alıb gedir. Bu müsibətdə insan çoxalar? Hər şeyi yıxırlar internetin, serialların üstünə.

    Cavab yaz
  • Anonim
    bunu hamı bilir · 24 May 19:1820

    iş yox yaşayış yox evlənib bu bədbəxt ailəsin necə dolandırsın? ona görə də cavanlar içi mən daxil iş tapım prinsipi ilə 30 yaşına çatıllar sora da evlənməy yada düşmür.

    Cavab yaz
  • Anonim
    asi · 24 May 23:2720

    Ölkə deyile, başdan ayağa problemistandı..Bəlkə də ölkədə ən asan həll oluna bilən problem hal-hazırda Qarabağ problemidi..Bilirsən ki, bir hal qaziyə baş versə, Ordunu qaldırıb, həll edəcəklər..Qalan bütün problemlər başlı başına qalıb havada..Təhsili, səhiyyəsi, sistemi, ticarəti, narkotiki və.s..Hər gün artan çətinliklər içində gənclər necə evlənsin??..Bir qisminin pulu yox, bir qisminin beyni yox-narkotik, patı matı, tik-tok zəhərləyib..Davamlı iş yox, başa qiymət verən yox..O qədər “ inkişaf” var ki, marketdə adi işə düzəlmək üçün rus-ingilis dili tələb olunur..Əslində hər cür imkan və şərait var, amma idarəçilik, milləti, gələcəyi düşünən yoxdur..Azərbaycanda tonlarla yetişə bilən məhsullar xaricdən alınır, onu yetişdirə bilən insanlar da işsizlikdən əziyyət çəkir, evlənmir..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics