Ölkə

Bakıda məhbusun gizlətdiyi 19 kiloqram narkotik aşkarlanıb

16 May 2022 14:24
0 Şərh     Baxış: 1 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda məhkumun gizlətdiyi külli miqdarda narkotik tapılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası və Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə Bakı İstintaq Təcridxanasında saxlanılan C.Cəfərzadənin ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun Lökbatan qəsəbəsi ərazisində gizlətdiyi 19 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.