Ölkə

Bakıda səfirlik əməkdaşı yol qəzasına düşdü

13 May 2022 14:06
0 Şərh     Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda səfirlik əməkdaşı yol qəzasına düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə bu gün saat 11 radələrində baş verib. 1987-ci il təvəllüdlü Türkiyə vətəndaşı Yüzak Taner idarə etdiyi avtomobillə hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə nəticəsində ağır xəsarət alan Y. Taner xəstəxanaya yerləşdirilib.

Qəzada xəsarət alan Y.Tanerin Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı olduğu bildirilir.

Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-in sorğusuna cavab olaraq bildirib ki, qəzada ağır xəsarət alan Türkiyə vətəndaşı mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

"Dərhal yaralıya ilkin tibbi yardım göstərilib. KT və ultrasəs müayinəsi aparılıb. Hazırda yaralı qapalı kəllə beyin travması ilə Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabil olaraq qalır", - E.Hidayətoğlu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.