İŞİD-ə qoşulmuş Bəxtiyar Şıxıyev və ailəsi haqqında yeni məqamlar məlum oldu - DOSYE
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbsi barədə məlumat yayılmış Bəxtiyar Şıxıyev və ailəsi haqqında bir sıra məqamlar məlum olub.
Milli.Az bildirir ki, bu məlumatlar bir ailənin faciəsi və bir çox vətəndaşlarımız üçün nəticə çıxarılası bir ailə hekayəsidir.
Tez-tez yayılan rəsmi informasiyalardan göründüyü kimi dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində ölkə hüdudlarından kənarda Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış "İraq Şam İslam Dövləti" ("İŞİD") və digər terror təşkilatlarının tərkibinə daxil olan qanunsuz silahlı qruplarda iştirak edən çoxsaylı vətəndaşlarımız müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb olunublar. Onlardan biri də Şıxıyev Bəxtiyar Səttərxan oğludur.
Fərdi qaydada usta fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edən 1989-cu il təvəllüdlü Bəxtiyar Şıxıyev 2012-ci ildən ibadətlə məşğul olmağa başlayıb, din pərdəsi altında insanları cinayətə sövq edən radikal düşüncəli şəxslərin söhbətlərindən təsir dairəsinə düşmüş, 2013-cü ildə dini nikahla ailə həyatı qurduğu hələ 15 yaşı tamam olmamış Əsgərzadə Səadət Nazim qızı ilə birlikdə Suriyada davam edən silahlı münaqişələrdə iştirak etmək məqsədilə həmin torpaqlara üz tutmuş, yetkinlik yaşına çatmayan "arvad"ı ilə qızğın döyüşlərin getdiyi bölgələrdə məskunlaşıb. Yetkinlik yaşına çatmayan Səadət Əsgərovanın ölkədən necə çıxarılması, ailəsinin buna necə icazə verməsi hələ özü ayrı bir sualdır.
Bəxtiyar Suriyada yaşadığı müddətdə digər bir azərbaycanlının rəhbərlik etdiyi "Cundul Şam" adlı silahlı qrupun tərkibində başqaları ilə birlikdə təlimlərdə iştirak edərək müxtəlif növ silahlardan və döyüş sursatlarından istifadə qaydalarını mənimsəyib, eləcə də ona təhkim edilmiş silahla "ribat"a (təşkilat üzvləri ərazinin mühafizəsini belə adlandırır) çıxmışdır. Bu hərəkətləri ilə yanaşı o, hələ uşaq yaşında silah-sursat söküb-yığmağı öyrətdiyi arvadının da əllərinin cinayət ləkələri ilə kirlənməsinə zəmin yaradıb.
2014-cü ildə Suriya Ərəb Respublikasından Türkiyə Respublikasına qayıdaraq orada yaşamağa başladıqdan sonra, yenicə dünyaya gələn övladını və ərini atan həmin "ana", 2017-ci ildə Azərbaycan Respublikasına geri qayıdaraq kriminal aləmə qoşulmuş, gənc yaşlarında kriminal dəstənin tərkibində Bakı şəhəri ərazisində 65 yaşlı qadının evinə soxulub, həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıqla basqın edərək, əmlakını ələ keçirmək məqsədi ilə onun əllərini kəndirlə bağlayıb, yerdə sürüyüb, ağzını dəsmal ilə tıxayıb yaşlı qadını köməksiz vəziyyətdə qoymaqla ona qarşı quldurluq cinayət əməllərini törətmişdir. Səadət Əsgərova Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2020-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bəxtiyar özü isə ana sevgisindən məhrum qalmış azyaşlı övladı ilə birlikdə bir müddət gizlənsə də Azərbaycan qanunlarının sərt üzü ilə üzləşməkdən yayına bilməyib.
Kriminal ailədən geriyə valideynlərini dini düşmənçilik, dini radikalizm və dini fanatizm uğrunda "itirmiş" tək oğul övlad qalıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Bakıda skuterdən yıxılan kişi öldü
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
XƏBƏR LENTİ
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Bakıda skuterdən yıxılan kişi öldü
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)





