Ölkə

Kanaldan meyit tapıldı

12 May 2022 19:30
0 Şərh     Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1990-cı il təvəllüdlü İsayev Ağasalam Əjdər oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, A.İsayevin meyiti kanalın Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 25 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.