Ölkə

Formula 1 hansı telekanal vasitəsilə yayımlanacaq? - AÇIQLAMA

15 Aprel 2022 11:14
0 Şərh     Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda yarışın yerli televiziyada yayımı ilə bağlı müzakirələr aparılır. Nəticə ilə bağlı açıqlama veriləcək.

Bunu Trend-ə müsahibəsində Formula 1 Azərbaycan Qran Prisinin mətbuat katibi Turab Teymurov deyib.

"Bununla yanaşı, azarkeşlər digər Formula 1 yarışları ilə yanaşı, Azərbaycan Qran Prisini də dünyanın bir sıra qabaqcıl idman televiziya kanalları vasitəsilə izləyə biləcəklər. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisininin qlobal tamaşaçı auditoriyası 1.5 milyarda yaxındır. Maraqlı faktı diqqətinizə çatdıraq. Son iki mövsümdə Azərbaycan Qran Prisi Monako Qran Prisini keçərək ABŞ-da izlənilən ən popular yarış olub, - deyə T.Teymurov əlavə edib.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.