Ölkə

Qazdan qanunsuz istifadə edən obyekt aşkar edilib - VİDEO

12 Aprel 2022 13:36
0 Şərh     Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Abşeron xidmət sahəsinin əməkdaşları aprel ayının 11-də yeraltı orta təzyiqli qaz xətti vasitəsilə sayğacdan kənar qazdan qanunsuz istifadə edən sahibkarlıq obyekti aşkar ediblər.

"Azəriqaz"dan Milli.Az-a verilən məlumata görə, əraziyə baxış keçirdikdən sonra həmin obyektin quşçuluq müəssisəsi kimi fəaliyyət göstərdiyini, müəssisənin istehsalat üçün təbii qazdan qeyri-qanuni birləşmə edərək istifadə etdiyi məlum olub.

Bir daha bütün əhali və qeyri-əhali abonentlərinə müraciət edərək bildiririk ki, bu kimi qaz təchizatına kənar müdaxilə hallarına yol verən hər bir təsərrüfat subyekti haqqında fəaliyyət növündən asılı olmayaraq qəti və təxirəsalınmaz tədbirlər görüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.