Ölkə

Köçkünlər üçün nəzərdə tutulmuş binaların satışa çıxarılması əmlak bazarına necə təsir edəcək? - Ekspert

12 Aprel 2022 10:36
0 Şərh     Baxış: 1 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş binaların satışa çıxarılması əmlak bazarında qiymətlərin stabilləşməsinə gətirib çıxaracaq.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, yeni addım aztəminatlı ailələrin bu binalardan mənzil almasını əlçatan edəcək:

"Belə ki, dövlət sifarişi ilə tikilən binalarda ümumi xərclər az olduğuna, torpaq sahələri dövlət tərəfindən ayrıldığına görə həmin binalarda mənzillərin maya və bazar dəyəri digər mənzillərdən daha ucuzdur. Buna görə həmin mənzillər daha aşağı qiymətə təklif olunacaq. Bakı, Abşeron və digər bölgələrdə belə mənzillərin satışa çıxarılması aztəminatlı ailələrin büdcəsinə uyğun olacaq", - E.Fərzəliyev deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı qaydası müəyyən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.