Ölkə

Müəmmalı şəkildə ölən şəxs həbsdən yeni çıxıbmış - Təfərrüat

11 Aprel 2022 14:18
0 Şərh     Baxış: 3 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəran rayonunda iki həftədir axtarılan 39 yaşlı kişinin meyitinin tapılması barədə xəbər vermişdik.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Nərimanabad qəsəbəsindəki həyətlərin birində cəsədi tapılan 1983-cü il təvəllüdlü Elşən Məmmədov həbsdən yeni çıxıbmış. Belə ki, bir neçə il əvvəl həbs edilən E. Məmmədov fevralın sonunda azadlığa çıxıb və doğulduğu qəsəbəyə qayıdaraq anası ilə birlikdə yaşayıb. Lakin martın sonunda o, müəmmalı şəkildə yoxa çıxıb.

Onun meyiti ötən gün qəsəbə sakinlərindən biri, uzun müddətdir yaşayış olmayan Nəzakət Abdullayevaya məxsus evin həyətində aşkar edilib. Bundan dərhal sonra hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırmalara başlanılıb.

Elşən Məmmədovun hansı səbəbdən və hansı şəraitdə ölməsi rayon prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.

Mərhumun nəşi artıq ailəsinə təhvil verilib və dəfn edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.