Ölkə

Xütbə zamanı Hacı Şahinə qarşı təxribat: Təhqir etdilər

1 Aprel 2022 15:36
2 Şərh     Baxış: 4 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olan Şahin Həsənli (Hacı Şahin) çıxışı zamanı təxribatla üzləşib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə din xadiminin ənənəvi cümə xütbəsi zamanı baş verib.

Belə ki, xütbədə iştirak edən şəxslərdən biri çıxışı zamanı Hacı Şahini təhqir edib.

Xütbədə olan şəxslər təxribatçını hadisə yerindən uzaqlaşdırıblar.

Hadisə ilə bağlı xütbə zamanı danışan Hacı Şahin deyib:

"Belə şeylər olur. Narahatlığa heç bir əsas yoxdur. İnsanların fikirlərini ifadə etməsi mümkündür. Amma bu şəkildə yox. İstənilən suala həmişə cavab verməyə hazırıq. Sadəcə normal şəkildə bu suallar bizə ünvanlanmalıdır. Mən bu sualları həmişə cavablandırmağa hazıram. Bu şəkildə nəyəsə fikir bildirmək xütbə zamanı yanlışdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.