Ölkə

Azərbaycanda 16 yaşlı qız hamilə qaldı: Qoşulub qaçmışdı

29 Mart 2022 01:31
0 Şərh     Baxış: 3 869
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 16 yaşlı qız 6 aylıq hamilədir.

Milli.Az bildirir ki, bu barədə Oxu.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, yetkinlik yaşına çatmayan qız artıq iki dəfə ailənin razılığı olmadan evdən çıxıb gedib:

"Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Qızın xalası da bu barədə məlumat verib. İlkin məlumatlarımıza görə, qız Gəncədən olan bir oğlanla münasibət qurub və qoşulub gedib. Lakin oğlan tərəfindən şiddətə məruz qaldığı üçün Bakıya xalasının yanına qayıdıb. Hazırda da qız xalasının yanındadır. Təxmini hamiləliyin 6-cı ayındadır. Məsələ ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə də məlumat verilib. Qızın qeydiyyat məsələsi həll olunmalıdır, hazırda ailəsindədir. Sənədləşmə işləri həll olunduqdan, həkim nəzarətinə götürüldükdən sonra onu sığınacağa qəbul edəcəyəm".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.