Ölkə

Zaur Yusifovu öldürən “Emin 444”ün xalası oğlu imiş

15 Mart 2022 09:54
2 Şərh     Baxış: 6 362
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünən axşam saatlarında Bakıda dünya çempionu Zaur Yusifovu güllələyərək öldürməkdə şübhəli bilinən şəxs tutulub. 

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisədən dərhal sonra polis əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə ittiham edilən 22 yaşlı Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

S.Şirəliyev kriminal aləmdə "Emin 444" kimi tanınan Emin Səfərovun xalası oğludur.

DİN-in Mətbuat Xidmətindən məlumatı təsdiq ediblər.

Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilirdi.

2021-ci il oktyabrın 8-də Zaur Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.