Ölkə

Sabirabad sakinindən narkotik və odlu silah götürülüb

12 Mart 2022 09:58
0 Şərh     Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən xəbərə görə, keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olan rayonun Suqovuşan kənd sakini, əvvəllər məhkum olunmuş Zahid Yadigarov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı 132 ədəd kibrit qutusunda və sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi 3 kiloqram 112 qram olan marixuana, dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş 1045 ədəd çətənə kollarının ştilləri, bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 8 ədəd patron aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Z.Yadigarov cinayət əməlinin səmimi etiraf edib.

Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.