Ölkə

Yüzdən çox azərbaycanlı Odessadan Ukrayna-Moldova sərhədinə yola salınıb - FOTO

2 Mart 2022 12:54
1 Şərh     Baxış: 1 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar yüz nəfərdən çox Azərbaycan vətəndaşı Odessadan Moldova sərhədinə yola salınıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Odessa Azərbaycanlılarının Diasporu "Birlik" İctimai Təşkilatının sədri Rövşən Quliyev bildirib ki, bu müddətdə soydaşlarımız Odessadakı Azərbaycan Evində saxlanılıb, onların bütün ehtiyacları qarşılanıb.

Ukrayna-Moldova sərhədində onlar Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələri tərəfindən qarşılanacaq və uyğun şərait yaranan kimi Bakıya təxliyə olunacaqlar.

Rövşən Quliyev Ukraynadakı azərbaycanlıların taleyinə diqqətlə və həssaslıqla yanaşdığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.