Ölkə

Bu gün Bakıda 20 marşrut xəttinin hərəkət sxemi dəyişdiriləcək

26 Fevral 2022 00:31
0 Şərh     Baxış: 1 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xocalı soyqırımının 30-cu ildönümü günü keçiriləcək anım tədbiri ilə əlaqədar paytaxtın mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti sxemi də müvəqqəti dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, dəyişiklik, ümumilikdə, 20 müntəzəm marşrut xəttini (1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 65, 88, 125, 127, 175, 205 və H1) əhatə edir.

Qeyd olunan müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

Dəyişiklik 26.02.2022-ci il səhər saat 07:00-dan başlayaraq məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.